İran yeni nəsil ballistik raketləri sınaqdan keçirib

10 Fevral 2014 22:23 (UTC+04:00)
İran Müdafiə Nazirliyi bazar ertəsi yeni nəsil iki ballistik raketin uğurla sınaqdan keçirildiyini bəyan edib.

Bu barədə Trend "Fars" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, ayrılan döyüş başlıqlı yeni nəsil ballistik raketlər və və lazer tuşlama ilə "Bina" raketi uğurla sınaqdan keçirilib.
İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, ikinci raket həm yerdə, həm də hava daşıyıcılarda quraşdırıla bilər.


AzNews.az