38 yaşlı kişi bıçaqlandı
11 Fevral 2014 08:10 (UTC+04:00)
AzNews.az Regional TV-yə istinadən məlumat verir ki, hadisə Quba rayonunun Talabıqışlaq kəndində baş verib. 1976-cı il təvəllüdlü kənd sakini Bəhruz Faiq oğlu Süleymanov bıçaqlanıb.
O, Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralıya döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.
Quba rayon Polis Şöbəsinin Növbətçi hissəsindən verilən məlumata görə, hələlik hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi məlum deyil.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
AzNews.az