Azərbaycanda quru çay bahalaşdı

11 Fevral 2014 09:29 (UTC+04:00)



Azərbaycanda quru çayın pərakəndə satış qiyməti bahalaşdı.

AzNews.az əməkdaşının ticarət obyektlərində apardığı araşdırmasından bəlli oldu ki, qablaşdırılmış quru çayın qiyməti 0.10 - 0.30 AZN arası bahalaşıb.

Əsas qiymət artımı yerli quru çay istehsalı ilə məşğul olan şirkətlər tərəfindən edilib.

"Azərçay", "Final", "Paşa", "Beta", "Chempion" çaylarının 100 qramlığında 0.10 AZN, 500 qramlığında isə 0.30 AZN bahalaşma qeydə alınıb.

Ticarət mərkəzlərində 100 qramı 0.90 AZN-ə (topdan satışı 0.83AZN) - 1 manata, 500 qramı 4 manat 0.30 AZN-ə (topdan satışı 4 manat 0.23 AZN) olan quru çaylar isə mağazalarda 4 manat 0.60 AZN-ə satılır.

Ticarət obyektlərindən bildirdilər ki, bahalaşma bir neçə gündür qeydə alınıb. Qiymət artımı şirkətlər tərəfindən heç bir əsas gətirilmədən edilib.

Amid
AzNews.az