“Çoxmərtəbəli binalar təhlükəlidir”- Əməkdar memar

11 Fevral 2014 09:43 (UTC+04:00)
"Yaşayış binalarının çoxmərtəbəli inşası psixoloji baxımdan da insan həyatı üçün təhlükəlidir".


Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın əməkdar memarı, professor Nəriman Əliyev deyib.

Abşeronun seysmoloji baxımdan riskli ərazi olduğunu diqqətə çatdıran N. Əliyev bildirib ki, paytaxtda 9 mərtəbəli binaların sonuncu mərtəbəsinin mənzil üçün ayrılması da məqsədə uyğun deyil:

"Yaşayış üçün yüksək mərtəbəli binalar insan həyatı üçün təhlükəlidir. Əlbəttə, Bakıda göydələnlər Rixter şkalası ilə 9 bal gücündə zəlzələyə hesablanaraq tikilir. Lakin yaşayış binaları inşa edilən zaman zəlzələ ilə yanaşı insanların psixoloji amilləri də nəzərə alınmalıdır".

Amid
AzNews.az