Hərbi helikopter qəzasından bir il keçdi

11 Fevral 2014 10:30 (UTC+04:00)
Bu gün Bakıda Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzasından bir il ötür.


AzNews.az-ın məlumatına görə, 2013-cü il fevralın 11-də saat 10.30 radələrində Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıx" çimərliyi istiqamətində qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin ekipaj üzvləri - kapitan Yaşar Mail oğlu Əhmədov, baş leytenant Rüstəm Gülhüseyn oğlu Rüstəmov və leytenant Bəhruz Novruz oğlu Zeynalov həlak olublar.

Allah rəhmət eləsin.

Amid
AzNews.az