Baş nazirdən ayaqqabı qutusunda tapılan milyonlarla bağlı AÇIQLAMA

11 Fevral 2014 10:57 (UTC+04:00)
Türkiyədə keçirilən rüşvət əməliyyatında saxlanan "Halkbank" müdiri Süleyman Aslanın evində ayaqqabı qutularının içində tapılan milyonlarla dollar pula bağlı baş nazir Rəcəb Tayyib Ərdoğandan maraqlı açıqlama gəlib.

AzNews.az xəbər verir ki, baş nazir həmin pulların banka aid olmadığını bildirib. Baş nazirin sözlərinə görə, ayaqqabı qutusu içində olan pullar bankdan soyulan pullar deyil: "Bu bank biz hakimiyyətə gəlməzdən əvvəl zərəri olan bir bank olub. İndi isə balkanların və Avropanın ən qazanclı banklarından biridir. Bunları görməzlikdən gəlmək olmaz. Banklarla bağlı qurum bu məsələni araşdırıb, hər hansı problemin olmadığını aşkarlayıb. Biz buna inanaq, yoxsa söylənənlərə?"

Elnarə
AzNews.az