“Azərsu“dan xəbərdarlıq: 955-in fəaliyyətində məhdudiyyətlər olacaq
11 Fevral 2014 11:42 (UTC+04:00)
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Yasamal Telefon Qovşağı tərəfindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasına çəkilmiş magistral telefon xəttində profilaktik tədbirlər həyata keçirilir.
AzNews.az-a verilən məlumata görə, bununla əlaqədar 11 fevral 2014-cü il tarixində Səhmdar Cəmiyyətə məxsus şəhər telefon xətlərinin və 955 prefiksli Zəng Mərkəzinin fəaliyyətində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik.
AzNews.az