Ağcabədidə evdə partlayış
11 Fevral 2014 12:17 (UTC+04:00)
Ağcabədi rayonu Xocavənd kənd sakini Novruz Kərimovun həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş verib.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 10-da saat 11:00 radələrində Ağcabədi rayonu Xocavənd kənd sakini Novruz Kərimovun həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş verib.
Hamamın divarının bir hissəsi uçub, yanıq xəsarəti almış N.Kərimov xəstəxanaya yerləşdirilib.
AzNews.az