Əlil arabasından istifadə edənlərə şad xəbər

11 Fevral 2014 14:31 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil arabalarında hərəkət edən şəxslərin avtomobillərlə təmin edilməsi imkanlarını araşdırır.

Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə artıq xüsusi minik avtomobilləri istehsal edilir: "Biz bu məsələ üzrə zəruri məlumat toplayırıq".
S.Müslümov təəssüflə qeyd edib ki, avtomobil almaq üçün hələ də növbələr var: "Müvafiq siyahılar nazirliyin saytında dərc edilib və istənilən şəxs bu siyahılarla tanış ola bilər. Dövlət başçısı əlillərin ehtiyacları üçün zəruri sayda avtomobillərin alınması məqsədi ilə vəsait ayrılıb".

Nazirin sözlərinə görə, bu istiqamətdə işlər artıq aparılır: "Naxçıvan Avtomobil Zavodu artıq 5 milyon manat həcmində ilkin tranş əldə edib. Zavod rəhbərliyindən bizə verilən məlumata görə, zəruri detalların alınması üçün müqavilələr bağlanıb və mayın sonuna btüün avtomobillər nazirliyə təhvil veriləcək. Bu il ərzində növbələr aradan qaldırılacaq".

AzNews.az