Hərbi təyyarə qəzaya uğradı: 119 nəfər öldü

11 Fevral 2014 16:18 (UTC+04:00)
Əlcəzairin şərqindəki Ümm-əl-Bəvəki yaşayış məntəqəsindəki hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 119 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti Əlcəzairin "əş-Şuruk" portalına istinadən xəbər verir.

Hərbi mənbələrin məlumatına görə, təyyarə Varkal vilayətindən ölkənin şimal-şərqindəki Konstantin şəhərinin aeroportuna gedirmiş.

AzNews.az