Ağır Cinayətlər Məhkəməsi hakiminin səlahiyyətlərinə xitam verilib

11 Fevral 2014 18:28 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əkbər oğlu Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.


AzNews.az