27 yaşlı qadın intihar etdi

11 Fevral 2014 18:39 (UTC+04:00)
Şirvanda 27 yaşlı qadın özünü 5-ci mərtəbədən ataraq intihar edib.


Hadisə bu gün saat 12:45 radələrində Heydər Əliyev prospekti-1, mənzil-171 ünvanında qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İbrahimova Günel Mirfət qızı yaşadığı mənzilin pəncərəsindən özünü atıb.

"Qafqazinfo" El TV-yə istinadən xəbər verir ki, qadın ağır vəziyyətdə Şirvan şəhər Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, bu, heç bir nəticə verməyib. Günel İbrahimova aldığı xəsarətlərdən reanimasiyada dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.


AzNews.az