Buzadırmanma üzrə qaliblər mükafatlandırıldı

12 Fevral 2014 08:43 (UTC+04:00)

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalədə keçirdiyi buzadırmanma üzrə respublika çempionatı başa çatıb.

AzNews.az xəbər verir ki, yarışda 24 komanda və onun 100-dən artıq nümayəndəsi iştirak edib. Komandalar arasında Fövqəladə Hallar Nazirliyinin "Ekstremal" idman komandasının üzvləri də iştirak edib:

1.Qəhramanova Kəmalə (XRXX )
2. Əliyeva Leyla (XRXX )
3. Eyvazova Arzu (XRXX )
4. Xanlarov Atabəy (FHN-nin Akademiyasının kursantı)
5. Şahnamazov Teymur (XRXX )

Qadınlar arasında çətinlik üzrə və sürət mərhələsində Leyla Əliyeva birinci yeri qazanıb.

Komanda hesabında:

I-yerə Fövqəladə Hallah Naziirliyinin "Ekstremal" idman komandası, II-yerə FAİREX-in "Salavat" komandası, III-yerə "FAİREX"-in "Zirvə" komandası qalib gəlib. Qalib gələn komandaya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Gənclər və İdman Nazirliyinin kubok, diplom və hədiyyəsi təqdim edilib.

Bu münasibətlə FHN-nin İdman Sağlamlıq Klubunuu rəisi, polkovnik Füzuli Musayev qalib və komanda heyəti ilə görüşüb. Təbrik nitqindən sonra komandaya beynəlxalq yarışlarda da bu nəticəni arzulayıb.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində Cevik Xilasetmə İdarəsinin bölmə rəisi olan Leyla Əliyeva 2009-cu ildən buzadırmana yarışlarına qatıldığını bildirib:

"Buzadırmana mənim ən çox sevdiyim yarış növüdür. Bu həvəsim və qətiyyətim məni birinci etdi".

Xatırladaq ki, Leyla xanım ötən il yığma komanda da buzadırmana üzrə dünya okincisi olub.

Bahar Rüstəmli
AzNews.az