Satanist meşə ayinində yoldaşını öldürdü

12 Fevral 2014 09:02 (UTC+04:00)

Moskvada satanist ayini zamanı öz yoldaşını öldürən Sergey Konstantinov adlı şəxsə hökm oxunub.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ayin zamanı o, yoldaşını boğaraq qətlə yetirib.
Hadisə 2011-ci ilin mayında baş verib. Bir qrup şəxs satanist ayini yerinə yetirmək üçün meşəyə gedib.

Şəxslərdən biri ayin çərçivəsində əllərinin bağlanmasına və döyülməyə razılıq verib. Bundan istifadə edən S.Konstantinov həmin gəncin əl-ayağını, gözlərini bağlayıb. Eyn zamanda ağzı da bağlanan satanistin başına 3 zərbə endirib. Daha sonra gəncin cəsədi meşədə aşkarlanıb.

Elnur
AzNews.az