Prezident fərman verdi: üç günlük matəm elan edildi

12 Fevral 2014 09:47 (UTC+04:00)
Əlcəzairdə fevralın 11-də baş vermiş təyyarə qəzasının bəzi detalları bəlli olub.

Bu gün səhər yayılan məlumata görə, "C-130 Hercules" hərbi sərnişin təyyarəsində uçan 78 adamdan yalnız bir nəfər sağ qalıb. Hərbi qulluqçu olan həmin şəxs Konstantin şəhərinin hospitalındadır.

Ölən 77 nəfərin böyük bir qismi hərbi qulluqçular və onların ailə üzvləridir.

Təyyarənin pis hava şəraitindən (güclü külək və qar) qəzaya uğradığı ehtimal olunur.

Əlcəzair prezidentinin fərmanı ilə ölkədə üç günlük matəm elan edilib.(Media forum)