İlhamə - Nazpəri davasından yeni xəbər

12 Fevral 2014 09:59 (UTC+04:00)

Xalq artisti Nazpəri Dostəliyeva ilə İlhamə Quliyeva arasında məhkəmə predmeti olan "Mən yemirəm, yedizdirirəm" ifadəsi ilə bağlı linqvistik ekspertizanın rəyi hələ də açıqlanmayıb.

Bu barədə AzNews.az-a məlumat verən Xalq artisti İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov sözlərinə görə, ekspertizanın nəticələri 3 aya kimi uzana bilər: "Linqvistik ekspertizanın nəticələri bir ayda həll olunmur. Bəzən bu ekspertizanın nəticəsi 2-3 aya kimi davam edir. Hər şey həmin nəticədən asılıdır".

Xatırladaq ki, Nazpəri Dostəliyeva Xalq artisti İlhamə Quliyevanın ATV kanalında yayımlanan "Ümid var" verilişində onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr işlətdiyini iddia edərək 200 min manat təzminat tələb edir.

Bahar Rüstəmli
AzNews.az