Altay Mehdiyevin oğlu işdən çıxarıldı

12 Fevral 2014 12:21 (UTC+04:00)

Altay Mehdiyevin oğlu Türkiyədəki hərbi attaşeliyindən geri çağrıldı.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşenin köməkçisi, polkovnik-leytenant Vüqar Altay oğlu Mehdiyev vəzifəsindən azad edilərək geri çağırılıb.

V. Mehdiyevin Azərbaycanda hərbi hissələrdən birində vəzifəyə təyin olunduğu bildirilib.

Bildirək ki, ki, V. Mehdiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq qərargah rəisi və komandanı vəzifəsini icra etmiş general-mayor Altay Mehdiyevin oğludur.

Həsən
AzNews.az