İran yenidən silkələndi

22 Avqust 2012 13:15 (UTC+04:00)

Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində yenidən zəlzələ baş verib. Bu barədə İSNA agentliyi xəbər yayıb. Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,3 bal olub. Zəlzələ yerli vaxtla saat 9:30-da baş qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.


Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində (əsasən Əhər, Vərzəqan və Həris şəhərlərində) 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.


AzNews.az