“Mercedes“ aşdı, sürücü öldü

12 Fevral 2014 13:25 (UTC+04:00)
Füzuli rayonundakı Fin şəhərciyinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 11-də saat 17 radələrində Füzuli rayonundakı Fin şəhərciyinin ərazisində Beyləqan rayon sakini Sərvər Fərhadov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş S.Fərhadov orada ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az