İnsan ətindən yemək hazırlanan RESTORAN

12 Fevral 2014 13:40 (UTC+04:00)
Nigeriyada insan ətindən yemək verilən restoran aşkarlanıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, restoran Anambra ştatında fəaliyyət göstərib. Polisin keçirdiyi reyd zamanı 11 nəfər saxlanılıb.

Restoranda həmçinin iki avtomat və digər silahlar da aşkar edilib.

Restoranda reyd zamanı polis iki insan başı aşkar edib ki, həmin başların aid olduğu cəsədlərdən yemək hazırlandığı bildirilir. Məlumata görə hətta restoranın menyusunda qızardılmış insan başından hazırlanan yemək də olub.

Elnarə
AzNews.az