Milli Şuranın sessiyasının vaxtı bəlli oldu
12 Fevral 2014 16:40 (UTC+04:00)
Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyasının vaxtı bəlli olub.
Bu barədə AzNews.az-a Milli Şuranın Hüqüq Komissiyasın sədri Vidadi Mirkamal məlumat verib.
O bildirib ki, bu gün Milli Şuranın Koordinasiya Şurasının iclası keçirilib: İclasda quruma qarşı ittihamlar müzakirə olunub və Milli Şuranın Əsasnaməsinin yekun variantı razılaşdırılıb. Komissiya sədri Milli Şuranın növbəti sesiyası fevralın 19-da keçiriləcəyini deyib.
Bahar Rüstəmli
AzNews.az