İntihar etmək istəyən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB
12 Fevral 2014 19:09 (UTC+04:00)
Yasamal rayonunda 18 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub.
Yasamal Rayon Polis idarəsinin 28-ci Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, intihar etmək istəyən şəxs 1947-ci il təvəllüdlü İsrafil Nadir oğlu İsrafilovdur. Belə ki, İ. İsrafilovun özünü atmaq istədiyi binadan aldığı evin gec təhvil verildiyi səbəbindən özünə qəsd etmək istəyib. İ. İsrafilov hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.
19.14
Bakıda çoxmərtəbəli binanın damına çıxaraq intihar edəcəyini bildirən şəxs xilas olunub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən verilən məlumata görə, Şərifzadə küçəsi, 13 ünvanında yerləşən 18 mərtəbəli binanın damına intihar məqsədi ilə çıxan şəxsi bu dəqiqələrdə fikrindən daşındırmaq mümkün olub.
67 yaşlı kimliyi məlum olmayan kişinin xilas olunması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə polislər də gəliblər.
Şəxsin intihar etməsinin məqsədi və kimliyi barədə əlavə məlumat veriləcək.
AzNews.az