Keyfiyyətsiz ehtiyyat hissələri qəzalara səbəb olur - VİDEO

12 Fevral 2014 22:21 (UTC+04:00)
Azərbaycanda avtomobil ehtiyat hissələrinin vahid standartı olmadığından bu sahədə boşluq var. Ehtiyyat hissələri 3 qismdə istehsal olunur. Orijinal, zavodun lisenziyası əsasında fəaliyyət göstərən müəssisələr və qeyri-qanuni yolla istehsal edilən ehtiyat hissələri. Lakin 3-cü qism ehtiyyat hissələri bazarı ələ alıb ki, bunlar da əsasən Çin istehsalıdır. Malların ucuzluğu alıcı cəlb etsə də, keyfiyyətin aşağı olması sonradan ağır fəsadlara, bədbəxt hadisələrə gətirib çıxarır.

Statistika göstərir ki, yol qəzalarının baş verməsində keyfiyyətsiz ehtiyat hissələrinin rolu böyükdür. Qəza anında sürücü vəziyyətdən çıxa bilmir ki, bu zaman hadisə qaçılmaz olur.

Avtomobil hissələrinin satışı ilə məşgul olanlar deyir ki, satışda hər cür ehtiyyat hissələri olsa da, müştərilər daha çox ucuz malların arxasınca qaçırlar. Avropa ölkələrinin istehsal etdiyi hissələr daha etibarlı olduğu müştəriyə izah edilsə də, seçim yenə də müştəriyə qalır.

Avtomobil ustaları isə bu qənaətdədir ki, istismara yararsız olan bu cür ehtiyat hissələri tez sıradan çıxır. Bəzi sürücülər ehtiyat hissələrini özləri alıb gətirir və ustadan dəyişməsini istəyirlər.

Texniki Universitetinin avtomobil nəqliyyatı fakultəsinin dossenti Rauf Məmmədov təklif edir ki, bütün ehtiyat hissələri o cümlədən maşınların sükan və əyləc sisteminə məxsus olan ehtiyat hissələri, eləcə də şinlər sertifikatlaşdırılmalıdır. Və əlaqədar qurumlar nəzarəti gücləndirməlidilər.

Avtomobil üzrə ekspert, Rauf Məmmədov: "İstənilən bir metal təhlükə mənbəyi ola bilər. Əsas sükan tormoz sistemi üçün detallar daha etibarlı olmalıdır".

Avto ekspert hesab edir ki, satıcılar tərəfindən malın təminatı olmalı və sənəd formasında göstərilməlidir. Əks halda bundan qazanan bəzi iş adamları, başına iş gələn, itirən isə bizlərik. Statistikaya görə il ərzində ölkədə baş verən qəzalardan mindən çox itki veririk.




AzNews.az