Azərbaycanlı iş adamının xanımı mühafizəçilərinin sayını artırdı- FOTOLAR
13 Fevral 2014 09:11 (UTC+04:00)
Azərbaycanlı iş adamı Rza Zərrabın həbsindən sonra mətbuatdan uzaq qaçan müğənni Ebru Gündeş mühafizəçilərinin sayını ikiqat artırıb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru Gündeş dünən Nişantaşında görüntülənib.
Yorğun görkəmi ilə diqqəti çəkən Ebru Gündeş xəstəxanalardan birində check-up etdirib. Müayinədən sonra dərhal xəstəxananı tərk edən müğənninin mühafizəçilərinin sayını iki dəfə artırması diqqətdən qaçmayıb.
Elnur
AzNews.az