Yasamalda yaşayış binasında partlayış

13 Fevral 2014 11:52 (UTC+04:00)
Fevralın 12-də saat 10 radələrində Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15-də yaşayan Məşdi Səmədova məxsus mənzilin mətbəxində qaz balonunun sızmasından partlayış baş verib.

AzNews.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə mətbəxin asma tavanı və pəncərəsi dağılıb, qırıntılar həyətdə saxlanılmış Arif Rəsulova məxsus "KİA" markalı və İsmayıl Mayılova məxsus "Mitsubishi" markalı avtomobillərin üstünə düşüb.

Xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

AzNews.az