“Partiyada razılaşmadığım məqamlar olub”

13 Fevral 2014 13:08 (UTC+04:00)
"Bu sərəncamdan sonra çox rahat oldum. İki ildir ki, bu vəzifəni daşıyırdım. Lakin çıxarılacağımı da bilirdim. Buna baxmayaraq, sıravi üzv kimi partiyada fəaliyyətimi davam etdirəcəyəm".


Bunu AzNews.az-a açıqlmasında AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinova deyib. Z. Məhəddinova partiyadan çıxarılmasına belə aydınlıq gətirib:

"Sədrin müşaviri vəzifəsindən çıxarılmama səbəb partiya ilə müəyyən məsələlərdə razılaşmadığım məqamların olmasıdır. Müqəddəs yerlər boş qalmır. Orada çox layiqli adamlar var. Mən nə birinciyəm, nə də sonuncu".

Qeyd edək ki, AXCP sədrinin müşaviri Zərifə Məhəddinova tutduğu vəzifəsindən azad edilib.

Bahar Rüstəmli
AzNews.az