Azər Sarıyev MSK-da da yoxdu, AzərTAc-da da

13 Fevral 2014 16:18 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevin AzərTAc-ın Türkiyə Cümhuriyyəti və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri təyin edilməsi xəbəri yayılıb.


MSK-dan isə AzNews.az-a bildirilib ki, A.Sarıyev hazırda məzuniyyətdədir və onun Komissiyadakı işdən çıxması barədə heç bir məlumat yoxdur.

AzərTAc-ın baş direktorunun birinci müavini Dağbəy İsmayılov da AzNews.az açıqlamasında A. Sarıyevin adıçəkilən vəzifəyə təyinatı haqda hər hansı bir qərarın olmadığını söyləyib.

Əhməd
AzNews.az