“Neft Daşları“ yatağında 3 yeni quyu qazılır

13 Fevral 2014 17:00 (UTC+04:00)
"Neft Daşları" yatağında 3 yeni quyu qazılır.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti "Neft Daşları" yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb.

2521 nömrəli özüldən Qala Lay Dəstəsinə qazılan 2239 nömrəli quyunun layihə dərinliyi 1500 metrdir. Yataqdakı 2150 nömrəli özüldən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan 2150 nömrəli quyunun layihə dərinliyi isə 1660 metrdir.

418A nömrəli özüldəki 2610 nömrəli quyuda da qazma işləri davam etdirilir. Qala Lay Dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 1070 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, quyularda qazma işləri "Neft Daşları" NQÇİ-nin sifarişi ilə həyata keçirilir.

AzNews.az