İlham Əliyev sərəncam imzalayıb
13 Fevral 2014 18:19 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət" kampaniyasının əhəmiyyəti nəzərə alınaraq, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.
AzNews.az