İstintaq hələ davam edir

22 Avqust 2012 15:27 (UTC+04:00)

Bu il aprelin 11-də ona qarşı seksual xarakterli hərəkətlər edən 33 yaşlı İ.Abdullayevi qətlə yetirməkdə ittiham olunan 16 yaşlı Elnur Zamanov (ad şərtidir) barəsində başlanan cinayət işinin ibtidai istintaqı hələ başa çatmayıb.


AzNews.az-ın əldə etdiyi məlumata görə, yeniyetmə barəsində Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilıb.


İşin ibtidai istintaqının hələ yekinlaşmamasına səbəb iş üzrə təkrar məhkəmə-psoxoloji ekspertizanın təyin edilməsidir. Təkrar ekspertizanın rəyi alındıqdan sonra cinayət işi üzrə istintaqın yekunlaşaraq məhkəməyə göndəriləcəyi gözlənilir.


Məlumat üçün bildirək ki, bundan əvvəl keçirilən kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanını rəyinə görə, yeniyetmə cinayəti tərətdiyi zaman fiziolojo affekt vəziyyətində olub.


Kəmalə

AzNews.az