Madonna Putini məsxərəyə qoydu - Foto

13 Fevral 2014 19:47 (UTC+04:00)
Dünyaca məşhur pop müğənnisi Madonna Nyu Yorkda, "Barclays Center" stadionundakı konserti zamanı Rusiya prezidentini məsxərəyə qoyub.

Madonna həm də öz İnstaqram səhifəsində Rusiya prezidentinin maraqlı şəklini yerləşdirib və dövlət başçısını "The Village People" qrupu üzvlərinin obrazında təqdim edib.

Qeyd edək ki, sözügedən komandanın "Go West" adlı bəstəsi ötən əsrin 70-ci illərinin gey-himninə çevrilmişdi. Musiqidə San-Fransiskoya, yəni gey hərəkatının yaradığı məkana çağırış olunurdu.

Xatırladaq ki, Madonna bu yaxınlarda rusiyalı pərəstişkarlarını Putinə qarşı mübarizəyə səsləmişdi.(Axar.az)