İtaliyanın Baş naziri istefaya gedir

13 Fevral 2014 21:58 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Enriko Letta istefaya getmək niyyətində olduğunu bildirib. O bununla bağlı prezidentə də məlumat verdiyini bildirib.

"Bu gün Demokratik Partiyanın rəhbərliyi tərəfindən qəbul edilən qərarın yekunu üzrə İtaliya Prezidenti Corco Napolitanoya məlumat verdim ki, mən sabah Kvirinal Sarayına gələrək Nazirlər Şurasının rəhbəri vəzifəsindən istefa verməyim barədə ərizəni təqdim etmək niyyətindəyəm"- deyə Baş nazir bəyənat verib.

İtaliyanın yeni Baş nazirnin nəhəng sagçı İtaliya Demokratik partiyasının indiki rəhbəri, 39 yaşlı Matteo Rensinin olması gözlənilir.

AzNews.az