Alim Qasımov İlham Əliyev və xanımı üçün oxudu- Video

14 Fevral 2014 09:31 (UTC+04:00)
əbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak ediblər. Mərasim zamanı muğam səsləndirilib.

Anspress-in məlumatına görə, bu zaman masa arxasında oturan xalq artisti Alim Qasımov ayağa qalxaraq xanəndəyə qoşulub. Bir neçə dəqiqə ifadan sonra o xanəndəyə müraciətlə "keç təsnifə ay bala" deyərək ifasını bitirib.

A.Qasımovun ifası prezident İlham Əliyev və xanımı tərəfindən alqışlarla qarşılanıb.



AzNews.az