Mülayim hava şəraiti davam edəcək

14 Fevral 2014 11:40 (UTC+04:00)
Yaxın iki gün ərzində Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişikliyin olacağı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq. Səhər saatlarında yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimal edilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 15-də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında gecə və səhər saatlarında çiskin müşahidə ediləcək, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında 2-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

AzNews.az