Baba Vəziroğlundan orjinal “Sevgililər günü” hədiyyəsi

14 Fevral 2014 12:49 (UTC+04:00)

"Mənim üçün ən böyük hədiyyə Musa Musayevin özüdür. Musa Allahın mənə bəxş etdiyi hədiyyədir".


Bunu müğənni Təranə Qumral "Sevgililər günü"ndə hədiyyə olaraq nə gözləməsi barədə AzNews.az-ın sualını cavablandırarkən deyib.

Müğənninin sözlərinə görə, həyatda bütün sevənlərin sevgisinin Təranə Qumral və Musa Musayev məhəbbətinə bənzəməsini istəyir: ""Qoy sevənlər inciməsin, bizdən yoxdur" mahnımız da var. Biz bütün sevənləri təbrik edirik. Kaş həyatda bütün kişilər və qadınlar bizim kimi sevsin".

Nəğməkar şair Baba Vəziroğlunun sözlərinə görə isə, "Sevgililiər günü"ndə hətta bir kəlmə səmimi söz belə hədiyyə ola bilər:

"Gün mənim üçün indi başlayıb. Bu gündə ən gözəl hədiyyə bir kəlmə səmimi, xoş söz ola bilər. Hansı sözün olması önəmli deyil, əsas onun deyilişidi... Məsələn, "eşşək" sözünü elə deyərsən ki, maral, ceyran, cüyür onun yanında heç nə olar..."

Bahar
AzNews.az