Nadir həyat yoldaşının qarşısında diz çökdü - Foto

14 Fevral 2014 14:23 (UTC+04:00)
Ötən gün 43 yaşı tamam olan müğənni Nadir Qafarzadə ad gününü yaxın dostları və ailəsi ilə qeyd edib.

Axşam.az-ın məlumatına görə, sənətçini təbrik edənlər arasında Olimpiya çempionu Elnur Məmmədli, dicey Kazım Sübhan, müğənni İzzət Bağırov olub.

Gecə saat 12 tamamda isə müğənni Sevgililər günü münasibəti ilə həyat yoldaşını təbrik edib. N.Qafarzadə həyat yoldaşı üçün "Sən mənim qadınımsan" adlı mahnını səsləndirib. Sonda isə müğənni xanımının qarşısında diz çökərək ona "Mən çox xoşbəxtəm" deyib.

AzNews.az