Biləsuvardakı partlayışla bağlı da cinayət işi açıldı

14 Fevral 2014 14:36 (UTC+04:00)
Fevralın 13-də Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb.


Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərə görə, Biləsuvar şəhərində "KAMAZ" markalı yük avtomobilinin qoşqusunun üzərində olan yanacaq çənində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qaynaq işləri aparılan zaman baş vermiş yanğınla müşayiət olunmayan partlayış nəticəsində avtomobilin sürücüsü Şaiq Cəfərli və qaynaq işlərini aparan Əjdər Poladovun ölmələri, fəhlə Baloğlan Poladovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

B.Poladov aldığı bədən xəsarətləri ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İş üzrə zəruri ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam etdirilir.

AzNews.az