Misir Mərdanovun qardaşı rəis göndərildi

14 Fevral 2014 18:12 (UTC+04:00)
Sabiq nazir Misir Mərdanovun qardaşı Əli Mərdanova yeni vəzifə verilib.


"Qafqazinfo"ya daxil olan məlumata görə, Ramil Usubovun əmri ilə sabiq nazirin qardaşı Şabranın polis rəisi təyin olunub.

Qeyd edək ki, polis polkovniki Əli Mərdanov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olub.

Xatırladaq ki, Misir Mərdanovun digər qardaşı İlham Mərdanov da Rabitə və Texnologiyaları Nazirliyində aparat rəhbərinin müavini vəzifəsində çalışır.


AzNews.az