Qocalar evində virus: 5 ölü

14 Fevral 2014 19:31 (UTC+04:00)
Gürcüstanın İmereti regionunda yerləşən "Müqəddəs Ktevan" qocalar evində 5 nəfər dünyasını dəyişib. Qocalar evindən jurnalistlərə bildirilib ki, onların ölümünə virus infeksiyası səbəb olub.

İlkin məlumatlara görə, ölümə səbəb kimi "donuz qripi" göstərilir. Lakin dəqiq məlumat aparılacaq ekspertizadan sonra məlum olacaq.

Daha bir neçə nəfərdə isə yüksək hərarət qeydə alınıb. Onların vəziyyəti ağır qiymətləndirilir.(Trend)