Rusiyada seçki sistemi dəyişdi
14 Fevral 2014 20:00 (UTC+04:00)
Rusiya Dövlət Duması fevralın 14-də qarışıq seçki sisteminə keçid haqqında qanunu qəbul edib.
İndən belə parlamentin aşağı palatasına seçki həm proporsional (partiya siyahıları üzrə - 225 deputat), həm də majoritar (təkmandatlı dairələr üzrə - 225 deputat) sistemlə seçiləcək. İndiki parlament yalnız proporsional sistem üzrə formalaşdırılıb.
"Media forum" saytı xəbər verir ki, başqa bir yeniliyə görə, növbəti parlament seçkisində axırıncı seçkidə ən azı 3 faiz səs toplamış partiyalar iştirak edə biləcək. Həmin partiyanın regional parlamentlərin birində ən azı 1 deputatla təmsil olunması da şərtdir.
Duma proporsional sistem üzrə keçid balının 7 faizdən 5 faizə endirilməsinə də səs verib.
AzNews.az