Sabirabadda ev yanıb
14 Fevral 2014 20:43 (UTC+04:00)
Sabirabadda yaşayış evində yanğın baş verib.
AzNews.az - ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabirabad şəhərində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin tavanı 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az