Gənc qidadan zəhərlənərək ölüb - VIDEO

14 Fevral 2014 20:52 (UTC+04:00)
19 yaşlı Elvin Xəlilovun qəfil ölümünə səbəb kimi qida zəhərlənməsi göstərilir.

Ailəsinin dediyinə görə dünən axşamüstü Elvin dostu ilə Zaqatalada fəaliyyət göstərən yeməkxanaların birində yemək yeyib və onlar yemək zamanı spirtli içki də qəbul ediblər. Evə gələndən sonra isə onun halı pisləşib. Təcili yardım gələndə isə Elvin Xəlilovda artıq həyat əlaməti olmayıb.

Ailəsi ilə Zaqatalda kirayədə qalan Elvin Xəlilov Gürcüstanda ali təhsil alırmış. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.




AzNews.az