Bu axşam əksər Bakı küçələrində tıxaclar olub - FOTOLAR

14 Fevral 2014 22:43 (UTC+04:00)
Bu gün axşam saatlarında Bakının əksər küçə və prospektlərində tıxaclar müşahidə olunub.

APA-nın məlumatına görə, paytaxtın Neftçilər, Heydər Əliyev, Azadlıq, Babək prospektlərində, Şəmsi Bədəlbəyli, 28 May, Səməd Vurğun, Zərifə Əliyeva, Şah İsmayıl Xətai, Şövkət Məmmədova, Əziz Əliyev, İsmayıl Dağıstanlı və Təbriz küçələrində, eləcə də, Heydər Əliyev və Babək prospektlərinin kəsişməsində nəqliyyatın hərəkətində problemlər yaranıb. Hərəkətin nizamlanması prosesinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Bakıda əksər küçə və prospektlərində tıxac saat 22.00 radələrinə qədər davam edib. Bu dəqiqələrdə də Böyükşor şossesində, Təbriz, Şamil Kamilov, Təbriz küçələrində, Azadlıq prospektinin Süleyman Rüstəm küçəsi ilə kəsişmsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində avtomobillərin sıxlığı müşayiət olunur.


AzNews.az