Pentensiar xidmətin əməkdaşlarına sertfikat verildi

15 Fevral 2014 08:23 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında yanğın təhlükəsizliyinin və digər fövqəladə hallara qarşı hazırlığın təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan xəbərə görə, həyata keçirilən tədbirlər çərçivəsində cəzaçəkmə müəssisələrinin rəisləri Fövqəladə Hallar Nazirliyinin Mərkəzi mülki müdafiə kurslarında iştirak ediblər.

Məlumata görə, 10-14 fevral 2014-cü il tarixlərdə keçirilmiş kursların müdavimlərinə müvafiq sertifikatlar təqdim olunub.


AzNews.az