Təhsil Nazirliyinin binasında yanğın- FOTOLAR

15 Fevral 2014 08:45 (UTC+04:00)
Bu gün səhər saat 7 radələrində Bakının mərkəzində yanğın olub.

AzNews.az milli.az-a istinadən bildirir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhər Təhsil İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatçılıq binasında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə heyətləri tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, ilkin ehtimal elektrik naqillərindəki qısaqapanma nəticəsində yanğın baş verib.

Yanğında xəsarət alanlar yoxdur.


AzNews.az