Kompüter mağazasında yanğın

15 Fevral 2014 09:38 (UTC+04:00)
Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus notebookların satışı və təmiri mağazasının yanar konstruksiyaları yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın nəticəsində mağazanın içərisində olan notebooklar və çantalara da ciddi ziyan dəyib.

Bina yanğından mühafizə olunub.

Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az