Qonşusunun çılpaq şəkillərini çəkən kişi həbs olundu

15 Fevral 2014 17:00 (UTC+04:00)
İngiltərədə yaşayan 56 yaşlı Endryu Studli qonşusunun çılpaq fotolarını çəkdiyi üçün həbs olunub.

Milli.az bildirir ki, Qloçesterşir qraflığındakı Stounhaus şəhərində yaşayan E.Studli qonşusunun pəncərəsinin qarşısına güzgü qoyub və smartfonu vasitəsilə həftələr boyunca qonşusunun 100 fotosunu çəkib.

"Qonşuluqdakı qadını pəncərədə görəndə anladım ki, məni özünə baxmağa dəvət edir. Mən də onun fotolarını çəkdim", - E.Studli deyib.

AzNews.az