Prezident qatar sürdü - Video

15 Fevral 2014 19:30 (UTC+04:00)
Fevralın 15-də İstanbulda yeni metro xətti istifadəyə verilib. Şişhane-Yenikapı yeni metro xəttinin açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər.


Xezerxeber.com-un məlumatına görə, hazırda İstanbul Metropoliteni 8 xətdən ibarətdir. Onlardan altısı İstanbulun Avropa hissəsində yerləşir. İstanbul metrosunda 62 stansiya var, onlardan 30-u tikinti mərhələsindədir. İstanbul metrosunun ümumi uzunluğu 122 kilometrdir.

Qeyd edək ki, fevralın 12-də Türkiyənin paytaxtı Ankarada da metropolitenin yeni xətti istismara verilmişdi. Metronun yeni Batıkent-Sincan xəttinin açılışında Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər.

Tikintisi 2012-ci ilin fevral ayından başlayan Ankara Metropoliteninin yeni xəttinin uzunluğu 15,5 kilometr təşkil edir. Metronun yeni xəttinə 11 stansiya birləşdirilib.

Ankara Metropoliteni 1996-cı ildə istismara verilib.


AzNews.az