Avtoyuyucu maşını qaçıraraq qəza törətdi - Ağır yaralandı

15 Fevral 2014 21:04 (UTC+04:00)
Bu gün Bakıda axşam saatlarında ağır yol qəzası baş verib.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, şəxsiyyəti məlum olmayan avtoyuyucu işçisi avtomobilini yumağa vermiş Nadim Rüstəmova məxsus 90 VO 837 dövlət nömrə nişanlı Mersedes markalı avtomobili qaçırıb və qəza törədərək idarə etdiyi maşını 90 BP 603 dövlət nömrə nişanlı Hunday markalı avtomobilə çırpıb. Bundan sonra Mersedes markalı avtomobil yaxınlıqdakı dükanlardan birinə girib. Hadisə Xətai rayonu Gəncə prospektində baş verib. Qəza nəticəsində hər iki avtomobil güclü xəsarət alıb. Qəzanı törədən şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb.



AzNews.az