Sevgilisi üçün 500 metrdən tullandı - Video
15 Fevral 2014 21:10 (UTC+04:00)
Kanadada bir gənc sevgilisi qarşısında 500 metr yüksəklikdən tullanıb.
Bu barədə türk mediası məlumat yayıb. Kanadada "Whistler Blackcomb" Xizək Mərkəzində iki gənc funikulyora minib. Gənclərdən biri 500 metr yüksəklikdən gedən funikulyorun qapısını sındırıb. Daha sonra gənc sevgilisi qarşısında yüksəklikdən paraşütlə tullanıb. Uğurlu atlayış edən gənc funikulyora vurduğu 10 min dollarlıq zərərdən ötrü polis tərəfindən axtarılır. (Axar.az)